ABŞ
Trampın "yaxşı ideya"sı İŞƏ YARADI - ABŞ atəşkəs dövründə...
Birləşmiş Ştatlar İranla əldə olunmuş atəşkəs dövründən silahlanmanı gücləndirmək üçün istifadə edib və hazırda əməliyyatın başlanğıcındakı dövrlə müqayisədə daha güclüdür.
Publika.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp CNBC telekanalına müsahibəsində bildirib.
Tramp qeyd edib ki, atəşkəs qərarı "yaxşı ideya" idi, çünki bu müddət ərzində ordu tamamilə yenidən təchiz olunub:
"Bizim o qədər çox sursatımız və hər şeyimiz var ki, dörd-beş həftə əvvəl olduğundan qat-qat güclüyük. Biz bu vaxtı ehtiyatlarımızı doldurmaq üçün istifadə etdik".
Prezidentin fikrincə, İranın başqa seçimi olmadığı üçün tərəflər sonda "mükəmməl bir saziş" imzalamalıdırlar. O vurğulayıb ki, ABŞ İranın hərbi dəniz və hərbi hava qüvvələrini, eləcə də liderlərini artıq sıradan çıxarıb.
Donald Tramp həmçinin xəbərdarlıq edib ki, əgər atəşkəs müddəti bitənə qədər razılaşma əldə olunmasa, Amerika hərbçiləri İranı bombalamağa hazırdır və o, atəşkəsin müddətini uzatmaq niyyətində deyil.
Qeyd edək ki, aprelin 22-də İslamabadda ABŞ və İran arasında birbaşa danışıqların ikinci raundu planlaşdırılıb. Məhz həmin gün tərəflər arasındakı atəşkəs rejiminin müddəti başa çatır. Bundan əvvəl isə İran tərəfi ABŞ ilə danışıqların davam etdirilməsi yolunda əsas maneənin adını açıqlamışdı.
Hüseyn İbadlı
-
Magazin214:36Emin Ağalarovun həyat yoldaşı 23 milyonluq “zireh” geyindi - FOTO
-
Rəsmi xronika12:48Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir - İlham Əliyev
-
Dünya12:34Türkiyənin Söke qərarına Yunanıstandan cavab: Böyük Dərbəndə ordu yeridildi
-
MDB11:50Kopırkin bacarmadı – Rusiya Ermənistana göndərməyə səfir axtarır
-
Dünya11:04Türkiyədə məktəbə silahlı hücum: 1 şagird ölüb, 8 nəfər yaralanıb - YENİLƏNDİ
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı























.jpg)












