ABŞ
ABŞ İran yeni sanksiyalarla VURDU - “Qara siyahı”da yeni adlar var
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib.
Publika.az xəbər verir ki, qurumun rəsmi saytında yer alan məlumata görə, yeni məhdudiyyətlər həm fiziki, həm də hüquqi şəxsləri əhatə edir.
Sanksiya siyahısına səkkiz İran vətəndaşı, həmçinin İran, BƏƏ və Türkiyədə fəaliyyət göstərən dörd şirkət daxil edilib: "Chabok FZCO" (həmçinin "Chabok Aviation" kimi tanınır), "Emti Fiber Textile Import Export Trade Limited", "Saman Air Services" və "Sepehr Kaveh Kish International Trading Company".
Bundan əlavə, İranın "Mahan Air" aviaşirkətinə məxsus iki ədəd “Boeing 777-200ER” təyyarəsi də "qara siyahı"ya salınıb.
Bu addım aprelin 22-si, çərşənbə günü səhər saatlarında İslamabadda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqlarının ikinci raundu ərəfəsində atılıb. Danışıqlarda iştirak edən tərəflər görüş ətrafındakı vəziyyəti, xüsusilə ABŞ tərəfinin ziddiyyətli şərhləri və Prezident Trampın sosial şəbəkələrdəki hədələri səbəbindən "qeyri-stabil" kimi xarakterizə edirlər.
Hüseyn İbadlı
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ











.jpg)







.jpg)














.jpg)