ABŞ
İrana qarşı blokada qaldırılsa, nə baş verəcək? - Tramp danışdı
ABŞ Prezidenti Donald Tramp bildirib ki, dəniz blokadası ləğv edilərsə, İranla razılaşma qeyri-mümkün olmayacaq.
Publika.az xəbər verir ki, bu barədə Amerika lideri "Truth Social" sosial şəbəkəsində yazıb.
O qeyd edib ki, İran Hörmüz boğazını bağlamaqda maraqlı deyil, çünki gəmilərin bu su arteriyasından keçməsindən gündəlik 500 milyon dollar gəlir əldə edir.
"Onların boğazı bağlı saxlamaq istədiklərinə dair bəyanatları yalnız ona görədir ki, mən onu tamamilə bloklamışam və indi onlar sadəcə "simalarını qorumağa" çalışırlar. Lakin biz bu addıma getsək (İran gəmilərinə Hörmüzdə blokadanı dayandırsaq - red.), İranla razılaşma heç vaxt baş tutmaya bilər", - Tramp yazıb.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən danışıqlar tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb. Danışıqların yeni raundu yaxın günlərdə keçirilə bilər.
Bloklanması dünyada enerji böhranına səbəb olan Hörmüz boğazı ətrafındakı vəziyyət qeyri-müəyyən olaraq qalır, hər iki tərəf müxtəlif fasilələrlə onun açıldığını elan edir, lakin faktiki olaraq regionda gəmiçilik dayandırılıb.
-
ABŞ20:24Bunu etsəydilər, onlar üçün çox pis nəticələri olardı - Tramp Rusiya və Çini hədələdi
-
Elm və təhsil19:4029 şagirdin oxuduğu məktəblə bağlı iddiaya cavab verildi
-
Ekologiya18:50Nazirlikdən yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət
-
Sosial18:2049 mindən çox içkinin tarixinin dəyişdirildiyi aşkarlandı - Foto
-
İdman16:33Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
-
Nida Xəbər 14:38Baş nazir qərar imzaladı
-
Rəsmi xronika13:47Prezident Özbəkistana yeni səfir təyin etdi
-
Qoroskop13:10İlin ikinci yarısı onlara uğur gətirəcək - 4 bürcü xoş günlər gözləyir


































