ABŞ
İran səfiri ABŞ ilə danışıqların taleyindən danışdı
İran nümayəndə heyətinin ABŞ rəsmiləri ilə yeni danışıqlar raundunda iştirakı məsələsi hazırda baxılma mərhələsindədir.
Publika.az xəbər verir ki, bu barədə İranın Tunisdəki səfiri Mir Məsud Hüseynian TASS agentliyinə məlumat verib.
Səfir bildirib ki, qəti qərar yerdəki vəziyyətin inkişafı və diplomatik məsləhətləşmələr nəzərə alınmaqla elan ediləcək. Diplomatın sözlərinə görə, İranın danışıqlarda iştirakı birbaşa Birləşmiş Ştatların hərəkətlərindən asılıdır. O vurğulayıb ki, tərəflərin mövqelərindəki ciddi fikir ayrılıqları və Vaşinqtonun təzyiq siyasəti fonunda növbəti görüşün vaxtı və yerini müəyyən edən əsas amil Amerikanın atəşkəs şərtlərinə nə dərəcədə sadiq qalması olacaq.
Aprelin 21-də ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranla atəşkəs müddətini uzatdığını elan edib. Onun bəyanatına görə, atəşkəs Tehranın sülh tənzimlənməsi üzrə yekun təklifləri təqdim edilənədək və müzakirələr bitənədək qüvvədə qalacaq. Bununla belə, Tramp Pentaqona İranın blokadasını davam etdirmək və tam döyüş hazırlığını qorumaq barədə əmr verdiyini də gizlətməyib.
Xatırladaq ki, aprelin 11-də Pakistanın vasitəçiliyi ilə keçirilən ilk görüşdə Hörmüz boğazının açılması, nüvə proqramı və sanksiyaların ləğvi müzakirə olunmuşdu. ABŞ-ın vitse-prezidenti Cey Di Vens Vaşinqtonun "qırmızı xətlərini" bəyan etsə də, Tehran bu şərtlərlə razılaşmamışdı.
Hüseyn İbadlı
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ











.jpg)







.jpg)














.jpg)