ABŞ
ABŞ-dan İrana qarşı “İraq gedişi” - Nağd dollar axını dayandırıldı
ABŞ İraqın nağd dollar tədarükünü dayandırıb və Bağdadla təhlükəsizlik sahəsindəki əməkdaşlığı dondurub.
Publika.az "The Wall Street Journal" (WSJ) nəşrinə istinadla xəbər verir ki, Vaşinqtonun bu addımı İranla qonşu olan ölkəyə qarşı ciddi təzyiq rıçaqı hesab olunur.
Mənbələr iddia edir ki, ABŞ Maliyyə Nazirliyi Nyu-York Federal Ehtiyat Bankındakı hesablardan 500 milyon dolların göndərilməsini İranla müharibə başlayandan bəri artıq ikinci dəfədir dondurur. Nəşrin yazdığına görə, Vaşinqtonun bu hərəkətləri İraq rəhbərliyinə təzyiqi artırmaq və ölkədəki yerli iranpərəst hərbi birləşmələrin buraxılmasını təmin etmək məqsədi daşıyır.
Qəzet vurğulayıb ki, 2003-cü ildə ABŞ-ın İraqa müdaxiləsindən sonra İraqın neft satışından əldə etdiyi bütün gəlirlər Nyu-York Federal Ehtiyat Bankında saxlanılır. Vaşinqton buna bənzər addımı 2015-ci ildə də atmışdı; o zaman ABŞ vəsaitlərin bir hissəsinin İŞİD terror təşkilatının əlinə keçə biləcəyindən ehtiyat edirdi.
Hüseyn İbadlı
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ


















.jpg)

.jpg)













.jpg)