ABŞ
Məşhur filmin çəkildiyi malikanə rekord qiymətə satılır - Eks-prezidentin qış iqamətgahı olub
Məşhur "Çapıqlı üz" (Scarface) filminin çəkildiyi dəbdəbəli malikanə rekord qiymətə - 237 milyon dollara satışa çıxarılıb.
Publika.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Florida ştatında yerləşən bu mülk həm kino tarixi, həm də keçmiş sahibləri ilə diqqət çəkir.
9,6 min kvadratmetrdən çox sahəsi olan evdə orijinal mərmər döşəmələr, 7 metrlik tavanlar və piano formasında hovuz var. 1983-cü ildə çəkilən filmdə Mişel Pfayfferin canlandırdığı obrazın Al Paçinonun qarşısına düşdüyü məşhur şüşə lift də hələ də malikanədə qalmaqdadır.
Evin tarixi real hadisələrlə də zəngindir. 1981-ci ildə narkokartellərlə əlaqəsi olan bir pilot tərəfindən tikilən bu bina, 70-ci illərdə ABŞ Prezidenti Riçard Niksonun qış iqamətgahı kimi istifadə olunub. Hətta mülkün ərazisində prezident üçün nəzərdə tutulmuş xüsusi helikopter meydançası da mövcuddur.
Ekspertlər bildirirlər ki, bu satış baş tutarsa, Mark Sukerberqin bu yaxınlarda aldığı 170 milyon dollarlıq malikanəni geridə qoyaraq daşınmaz əmlak bazarında yeni rekordlardan biri olacaq.
Hüseyn İbadlı
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov



















.jpg)

.jpg)














.jpg)