ABŞ
ABŞ Konqresi ilə Tramp arasında qarşıdurma: Müharibəyə son qoy
ABŞ prezidenti Donald Tramp İran müharibəsi ilə bağlı Konqresin ciddi təzyiqi ilə üzləşə bilər.
Publika.az “Milliyet”ə istinadən xəbər verir ki, Tramp administrasiyası danışıqlar başa çatana qədər atəşkəs elan etsə də, bu addım yalnız müvəqqəti sabitlik yaradıb.
Bu fonda ABŞ Konqresi Müharibə Səlahiyyətləri Qanunu çərçivəsində prezidentin hərbi əməliyyatlarla bağlı səlahiyyətlərini məhdudlaşdıra bilər.
Bildirilir ki, Tramp administrasiyası əməliyyatlarla bağlı Konqresi martın 2-də rəsmi şəkildə məlumatlandırıb və bununla da qanuna əsasən 60 günlük geri sayım başlayıb. Mayın 1-i son tarix kimi göstərilir. Həmin tarixə qədər Trampın qarşısında, Konqresdən rəsmi müharibə icazəsi almaq, ABŞ hərbi mövcudluğunu azaltmaq və geri çəkilməyə başlamaq, yaxud təhlükəsiz geri çəkilmə üçün əlavə 30 günlük müddətdən istifadə etmək kimi üç seçim var.
Mövcud siyasi şəraitdə Trampın Konqresdən rəsmi müharibə icazəsi alması ehtimalı aşağı qiymətləndirilir. Qeyd olunur ki, bəzi Respublikaçı konqresmenlər 60 günlük müddət bitərsə, əməliyyatlara dəstəyi dayandıra biləcəklərini bildiriblər. Digər tərəfdən, müddətin uzadılması üçün yeni qanun layihəsinin hazırlanması da müzakirə olunur.
Ekspertlərin fikrincə, əlavə 30 günlük müddət yalnız əməliyyatların miqyasını azaltmağa və mərhələli geri çəkilməyə imkan verə bilər. Əgər Tramp Konqresin etirazlarına baxmayaraq, mayın 1-dək sülh razılaşması əldə etmədən əməliyyatları davam etdirərsə, bu addım noyabrda keçiriləcək aralıq seçkilərdə ciddi siyasi itkilərlə nəticələnə bilər.
Müəllif: Roza
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov



















.jpg)

.jpg)














.jpg)