ABŞ
Maduronun taleyinə mərc edən ABŞ hərbçisi saxlanıldı - 400 min dollar udmuşdu
ABŞ Ədliyyə Nazirliyi xüsusi əməliyyat qüvvələrinin hərbçisi Qannon Ken Van Daykı həbs edib. O, Venesuela prezidenti Nikolas Maduronun ələ keçirilməsi ilə bağlı məxfi məlumatlardan istifadə edərək proqnoz platforması "Polymarket" üzərindən mərc oynamaqda ittiham olunur.
Publika.az xarici KİV-ə istinadla xəbər verir ki, istintaq materiallarına görə, Donald Trump Maduronun “Mütləq qətiyyət” əməliyyatı çərçivəsində tutulduğunu elan etməzdən bir neçə gün əvvəl Van Dayk ABŞ-ın Venesuelaya müdaxiləsi və Maduronun hakimiyyətdən getməsi ilə bağlı dörd hadisəyə ümumilikdə 33 933 dollar mərc edib. Onun ən böyük mərci - Maduronun 31 yanvara qədər postunu tərk edəcəyi ehtimalına qoyduğu 32 537 dollar - 1242% gəlir gətirərək 404 222 dollara yüksəlib.
İş materiallarında yer alan fotoda Van Daykın "USS Iwo Jima" gəmisinin göyərtəsində olduğu görünür. Bildirilir ki, Maduro məhz həmin gəmi ilə daşınıb.
Mediada şübhəli mərc məlumatları yayıldıqdan sonra təqsirləndirilən şəxs izləri itirməyə çalışıb - "Polymarket" hesabını silib və kriptovalyuta cüzdanında e-poçt ünvanını dəyişib.
Van Dayka qarşı məxfi məlumatlardan qanunsuz istifadə, qiymətli kağızlar və əmtəələrlə bağlı fırıldaqçılıq, həmçinin elektron rabitə vasitələri ilə dələduzluq ittihamları irəli sürülüb.
Qeyd olunur ki, bu, ABŞ tarixində proqnoz bazarlarında insayder ticarətinə görə açılan ilk cinayət işidir.
"Polymarket" platforması şübhəli əməliyyatlar barədə məlumatı özü ABŞ Ədliyyə Nazirliyinə ötürüb. Donald Tramp məsələni şərh edərkən Van Daykı öz komandasına mərc etdiyi üçün cəzalandırılan beysbolçu Pit Rouz ilə müqayisə edib və “təəssüf ki, bütün dünya kazinoya çevrilib”, - deyə bildirib.
Müəllif: Adəm
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı




















.jpg)

.jpg)














.jpg)