ABŞ
Tramp İran gəmisindəki “məxfi yük”dən danışdı: Çinlə bağlı sürpriz açıqlama
ABŞ prezidenti Donald Trump Ağ evdə jurnalistlərə açıqlamasında Oman körfəzində saxlanılan İranın “Touska” yük gəmisi ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.
Publika.az xəbər verir ki, Trampın sözlərinə görə, Çindən İrana doğru hərəkət edən gəminin göyərtəsində “məxfi” yük olub.
Jurnalistlərin suallarını cavablandıran ABŞ lideri yükün mahiyyətini açıqlamaqdan imtina edib və bunu onun məxfi xarakter daşıması ilə izah edib: “"Bu, elə suallardan biridir ki, "Oh, bu yaxşı deyil" demək istəyirsən".
Çinin bu məsələdə roluna toxunan prezident rəsmi Pekinə qarşı qəzəbli olmadığını vurğulayıb. O qeyd edib ki, ABŞ da bəzən digər ölkələrə münasibətdə oxşar addımlar atır.
Tramp həmçinin etiraf edib ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları fonunda Pekinin belə yükləri göndərməsi onu “qismən təəccübləndirib”. O, bu məsələdə Çin lideri Si Cinpinlə müəyyən anlaşmanın olduğunu düşündüyünü də əlavə edib.
Xatırladaq ki, aprelin 20-də Tramp ABŞ hərbi qüvvələrinin Oman körfəzində İranın “Touska” adlı yük gəmisini saxladığını açıqlayıb. "The Washington Post" nəşrinin məlumatına görə, gəmi Çindən yola düşmüşdü.
Müəllif: Adəm
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov



















.jpg)

.jpg)














.jpg)