ABŞ
ABŞ İrana qarşı yeni müharibəyə başlayacaq - Hədəfdə onlardır
ABŞ ordusu İranla bağlı yeni hərbi plan üzərində işləyir.
Publika.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
İddiaya əsasən, bu plan Hörmüz boğazındakı hərbi obyektlərin, eləcə də İranın dəniz və raket imkanlarının hədəfə alınmasını nəzərdə tutur.
Məlumata görə, ABŞ prezidenti Donald Tramp Pakistanın müraciəti ilə İranla bağlı atəşkəsin danışıqlar başa çatana qədər uzadılmasına qərar versə də, Hörmüz boğazındakı blokadanın davam edəcəyi bildirilib.
CNN-in iddiasına əsasən, Pentaqon Hörmüz boğazı, Fars körfəzi və Oman körfəzi ətrafında yerləşən İran mövqelərinə mümkün zərbələri nəzərdən keçirir. Bu hədəflər arasında İran İnqilab Keşikçiləri Korpusuna məxsus sürətli hücum qayıqları və mina yerləşdirmək üçün istifadə olunan gəmilər də var.
Həmçinin qeyd olunur ki, planlardan birində İranın hərbi rəhbərliyinin hədəfə alınması da müzakirə edilir. ABŞ tərəfinin münaqişənin uzanmasına səbəb kimi gördüyü İranın hərbi rəhbərlərinə qarşı əməliyyatların gündəmə gələ biləcəyi iddia olunur. Bundan başqa, İranın raket ehtiyatları və buraxılış qurğularına qarşı yenidən hücumların həyata keçirilə biləcəyi də bildirilir.
Müəllif: Akqabay
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı




















.jpg)

.jpg)














.jpg)