ABŞ
Tramp atəş açan şəxsin saxlanıldığını AÇIQLADI
ABŞ Prezidenti Donald Tramp Vaşinqtondakı tədbirdə atəş açan şəxsin saxlanıldığını bildirib.
Publika.az xəbər verir ki, o, bu barədə özünün "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Vaşinqtonda çətin bir axşam idi. Məxfi Xidmət və hüquq-mühafizə orqanları fantastik iş gördülər. Onlar sürətli və cəsarətli hərəkət etdilər", - deyə Ağ Ev rəhbəri yazıb.
Tramp qeyd edib ki, atəş açan şəxs saxlanıldıqdan sonra tədbirin davam etdirilməsini tövsiyə edib, lakin bu məsələdə tamamilə hüquq-mühafizə orqanlarının göstərişlərinə uyğun hərəkət edəcəyini vurğulayıb. Amerika liderinin sözlərinə görə, bununla bağlı qərar yaxın vaxtlarda veriləcək.
Xatırladaq ki, bir qədər əvvəl jurnalist Keytlin Kollinz "CNN" efirində Məxfi Xidmət əməkdaşlarının Donald Trampın iştirak etdiyi tədbirdə atışma törədən şəxsi zərərsizləşdirdiyini (öldürdüyünü) bildirmişdi. Hazırda rəsmi məlumatlarda ziddiyyətli məqamların dəqiqləşdirilməsi gözlənilir.
xxx
ABŞ Məxfi Xidmətinin əməkdaşları Prezident Donald Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxsi zərərsizləşdiriblər.
Publika.az xəbər verir ki, bu barədə jurnalist Keytlin Kollinz "CNN" telekanalının efirində məlumat verib.
Hadisə ABŞ prezidentinin iştirakı ilə Ağ Evin Müxbirlər Assosiasiyasının ziyafətinin keçirildiyi "Washington Hilton" otelində baş verib. Jurnalist bildirib ki, hazırda yanında olan təhsil nazirinin mühafizə xidməti otelin lobbisində atəş açan şəxsin olduğunu və onun öldürüldüyünü təsdiqləyib.
Xatırladaq ki, Trampın Vaşinqtondakı tədbirdən təxliyəsi zamanı Məxfi Xidmət əməkdaşları atəş açıldığı barədə xəbərdarlıq etmişdilər. Zaldakı qəribə səs-küy və bir neçə şaqqıltı səsindən sonra görüş yarımçıq kəsilmiş, iştirakçılardan ərazini tərk etmək xahiş olunmuşdu. Həmin vaxt Ağ Ev rəhbərinin olduğu səhnəyə silahlı agentlər çıxaraq onu dərhal uzaqlaşdırmışdılar.
Hüseyn İbadlı
-
Köşə11:00Ərəb ola bilməyən Rövnəq Abdullayev, Rövşən Nəcəf...
-
Dünya10:45İlon Mask həqiqətən başqa dünyada yaşayır? - Sensasion iddia
-
Nida Xəbər 10:29Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında iştirak etdilər - FOTO
-
Avropa09:54Avropada dəhşət yaşanır: 1300 ölüm qeydə alındı
-
Maraq dünyası09:42Filankəs "it dili bilir" məsəli elmi təsdiqini tapdı: Sən demə, insanla it arasında...
-
Hadisə09:12Xalq şairinin oğlu vəfat etdi - FOTO
-
Sosial08:48Azərbaycanda hərbi xidmətə yollanan bəzi şəxslərə müavinət veriləcək - Qanun nə deyir?
-
Magazin207:47Di Kaprionun sevgilisinin elə FOTOLARI YAYILDI Kİ... - “Leo bəxtəvərdir”













.jpg)























