ABŞ
Məşhur senator: "Trampa qarşı görünməmiş təhdidlər axını var!"
Respublikaçılar partiyasından olan məşhur senator Lindsi Qrem ABŞ Prezidenti Donald Trampa qarşı planlaşdırılan sui-qəsdə reaksiya verib.
Publika.az xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşım edərək Donald Tramp, ölkənin birinci xanımı Melaniya, vitse-prezident Vens və digər tədbir iştirakçılarının oteldə baş verən atışma zamanı xəsarət almadıqlarına görə Allaha şükür edib.
Qrem yazıb: "Allaha təşəkkür edirəm ki, Prezident Tramp, birinci xanım, vitse-prezident Vens və ikinci xanım, eləcə də şam yeməyində olan hər kəs sağ-salamatdır. Əmin olduğum tək şey odur ki, yaşadığımız dövr Prezident Trampa və digər hökumət rəsmilərinə qarşı görünməmiş təhdidlər axını yaradır".
O, Amerika xalqını "suların daha sakit axara düşməsi" üçün dua etməyə çağırıb və insanları "problemin deyil, onun həll yolunun bir hissəsi olmağa" səsləyib.
Xatırladaq ki, bu gün Donald Tramp Vaşinqtondakı Hilton otelində Ağ Ev Müxbirləri Assosiasiyasının qəbuluna qatılan zaman otelə silahlı hücum baş verib.
Atışmanı təşkil etməkdə şübhəli bilinən şəxs hadisə yerində saxlanılıb və prezident, digər rəsmi şəxslər xəsarət almayıblar. İnsidentdən bir saat sonra Tramp özü mətbuat konfransında hadisə barədə danışıb.
Qeyd edək ki, 1981-ci ildə eyni məkanda- Vaşinqton Hilton otelində keçmiş prezident Ronald Reyqana da qarşı sui-qəsd cəhdi edilmişdi.
Müəllif: Tural
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı


















.jpg)

.jpg)














.jpg)