ABŞ
Növbədə odur – Tramp bezib, tezliklə qovacaq
Federal Təhqiqat Bürosunun (FTB) direktoru Keş Patel tezliklə vəzifəsindən ayrıla bilər.
Publika.az xəbər verir ki, bu barədə "Politico" qəzeti rəsmi şəxsə istinadən məlumat yayıb.
Nəşrin mənbəsi bildirib ki, "Bu, sadəcə zaman məsələsidir".
Rəsmi şəxsin sözlərinə görə, Patelin işdən çıxarılmasının əsas səbəblərindən biri onun haqqında çoxlu sayda mənfi xəbərlərin olmasıdır. Rəsmi şəxs qeyd edib ki, bu cür materiallar "kabinet nazirini yaxşı göstərmir" və ABŞ prezidenti Donald Tramp kəşfiyyat agentliyi direktoru ilə bağlı qalmaqalların daim diqqəti yayındırmasından bezib.
Departamentin özü Patelin gələcəyi ilə bağlı məlumatlara şərh verməkdən imtina edib.
Ağ Evin mətbuat katibi Kerolin Livitt bir gün əvvəl bildirib ki, ABŞ prezidenti FTB direktorunun alkoqol problemləri ilə bağlı mediada yayılan xəbərlərə baxmayaraq, ona etibar etməyə davam edir. O, həmçinin qeyd edib ki, Patelin də daxil olduğu komandanın səyləri sayəsində ABŞ qətl nisbətlərində son 125 ildə ən aşağı səviyyəyə çatıb.
Müəllif: Tural
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı


















.jpg)

.jpg)














.jpg)