ABŞ
Melaniya ilə bağlı zarafat Tramp ailəsini qəzəbləndirdi - O, dərhal qovulmalıdır!
Ağ Ev Müxbirləri Assosiasiyasının Vaşinqtonda "Hilton" otelində təşkil olunan şam yeməyində səhnəyə çıxan məşhur komediyaçı Cimmi Kimmelin Melaniya Trampı hədəf alan zarafatı Tramp ailəsini qəzəbləndirib.
Publika.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “Truth Social” hesabında paylaşım edib.
O, Kimmelin dərhal işdən çıxarılmasını tələb etdiyini vurğulayıb: "Başa düşürəm ki, Kimmelin zorakılığa iyrənc çağırışından bu qədər insan qəzəblənir. Onun dediklərinə normalda reaksiya verməzdim, amma bu, qəbuledilməzdir. Cimmi Kimmelinin “Disney” və “ABC” tərəfindən dərhal işdən çıxarılması lazımdır”.
Qalmaqalın hədəfi olan birinci xanım Melaniya Tramp da hadisələrə reaksiya verib. O, açıqlamasında Kimmelin sözlərinin yumor olmadığını, əksinə sosial bölünmə yaratmağa yönəldiyini vurğulayıb.
Qeyd edək ki, Kimmel çıxışında, birinci xanım haqqında şərh verərək "Xanım Tramp, hamilə dul qadın kimi parıldayırsınız” deyib.
Müəllif: Roza
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı


















.jpg)

.jpg)















.jpg)