ABŞ
ABŞ-da bu uşaqlarla bağlı qərar: Təcili ölkədən çıxarılırlar
ABŞ hakimiyyəti ölkədə nəzarət altında saxlanılan miqrant uşaqların deportasiya prosesini sürətləndirmək üçün mübahisəli addımlar atmağa başlayıb.
Publika.az xəbər verir ki, bu barədə CNN telekanalı rəsmi şəxslərə və vəkillərə istinadən məlumat yayıb.
Bildirilir ki, rəsmi Vaşinqton uşaqların taleyinin həll olunduğu məhkəmə iclaslarını daha erkən tarixlərə çəkir. Bəzi hallarda məhkəmə vaxtı həftələr, hətta aylar öncəyə çəkilir. Bu isə vəkillərin müdafiə planı hazırlamaq üçün vaxtını kəskin şəkildə məhdudlaşdırır.
Vəziyyəti daha da pisləşdirən məqam odur ki, azyaşlı miqrantlar qısa müddət ərzində dəfələrlə məhkəmə qarşısına çıxıb hesabat verməyə məcbur edilirlər. Çox vaxt uşaqlar müdafiəçi olmadan, təkbaşına hakim qarşısına çıxmalı olurlar.
Hüquq müdafiəçiləri bildirirlər ki, bu proses uşaqlar üçün dözülməz stress mənbəyinə çevrilib. Tez-tez keçirilən məhkəmələr və deportasiya qorxusu uşaqları daimi təşviş və ağır psixoloji vəziyyətdə saxlayır.
Müəllif: Adəm
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı


















.jpg)

.jpg)















.jpg)