ABŞ
ABŞ Ay yarışında Çinə uduza bilər
ABŞ kosmik proqramında əsaslı dəyişikliklər etməsə, Ay yarışında Çinə uduzmaq riski ilə üzləşə bilər.
Publika.az xəbər verir ki, bu qiymətləndirməni NASA administratoru Cared İsaakman Senatın Təxsisatlar Komitəsində keçirilən dinləmələr zamanı səsləndirib.
Çinin kosmik tədqiqatlardakı uğurlarını şərh edən İsaakman bildirib ki, o, artıq bu ölkəni “demək olar ki, ABŞ-a bərabər” hesab etmir: “Düşünürəm ki, onlar bizə çatmağa xeyli yaxınlaşıblar. Onlar inanılmaz dərəcədə sürətlə irəliləyirlər. Hesab edirəm ki, altı ay əvvəl bu barədə bildiyimiz bir çox məlumat artıq aktual deyil; onlar bu müddətdə iki nəsil irəliləyiblər”.
İsaakmanın sözlərinə görə, NASA dəyişikliklər tətbiq etməli, “yanaşmanı vahidləşdirməli, əsas bacarıqları bərpa etməli və “əzələ yaddaşını” yenidən formalaşdırmalıdır”.
“Kosmosda bizimlə rəqabət aparacaq geosiyasi rəqibin olmadığı onilliklərdə hər kəsi məmnun etməyə çalışmaq mümkün idi. Lakin bu yanaşmanı indi də davam etdirsək, heç kim razı qalmayacaq, çünki bizdən əvvəl Aya enən taykonavtları görə bilərik”, - deyə o əlavə edib.
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı


















.jpg)

.jpg)















.jpg)