ABŞ
Tramp Ukraynanı unutdu: Ağ Evdə diqqət bu ölkəyə yönəldi
ABŞ prezidenti Donald Trampın administrasiyasında Ukrayna böhranı arxa plana keçməyə başlayıb. Administrasiyanın yüksək rütbəli rəsmiləri artıq Ukrayna ilə bağlı sonuncu müzakirənin nə vaxt aparıldığını xatırlamaqda çətinlik çəkirlər.
Publika.az xəbər verir ki, bu barədə "Politico" nəşri Ağ Evdəki mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, Yaxın Şərqdə gərginliyin artması Vaşinqtonun diqqətini tamamilə bu bölgəyə yönəldib. Adı açıqlanmayan yüksək rütbəli rəsmi bildirib ki, hazırda İran mütləq şəkildə əsas fokus nöqtəsinə çevrilib.
Nəşrin mənbələri qeyd edir ki, Trampın Ukrayna üzrə əsas sözçüsü hesab olunan Yaxın Şərq üzrə xüsusi nümayəndə Stiven Uitkoff və prezidentin kürəkəni Cared Kuşner hazırda demək olar ki, bütün vaxtlarını İran məsələsinə sərf edirlər. Baxmayaraq ki, hər iki şəxs Moskva və Kiyevlə məhdud formatda əlaqələri saxlayır, onların əsas fəaliyyət istiqaməti dəyişib.
Trampın Ukrayna münaqişəsinə marağının azalmasının digər bir səbəbi isə Avropa ölkələri ilə münasibətlərin pisləşməsidir. Belə ki, Avropa dövlətlərinin İrana qarşı hərbi əməliyyatlarda və Hörmüz boğazının blokadadan çıxarılmasında ABŞ-a dəstək verməməsi Trampın narazılığına səbəb olub.
Buna baxmayaraq, xəbərdə vurğulanır ki, Ukrayna böhranının nizamlanması hələ də Tramp üçün vacib prioritetlərdən biri olaraq qalır, lakin Yaxın Şərqdəki alov bu prioriteti kölgədə qoyub.
Müəllif: Adəm
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı


















.jpg)

.jpg)















.jpg)