ABŞ
ABŞ Yaxın Şərqdəki təyyarədaşıyan gəmisini geri çağırır - Nə baş verir?
"USS Gerald R. Ford" yaxın günlərdə Yaxın Şərq regionunu tərk edərək ABŞ-a qayıdacaq.
Publika.az xəbər verir ki, Amerika rəsmilərinə istinadən "The Washington Post" qəzeti məlumat yayıb.
Məlumata görə, buna səbəb gəminin əsaslı təmirinə ehtiyac yaranmasıdır.
Gəmi Virciniya ştatındakı "Norfolk" hərbi dəniz bazasına mayın ortalarında qayıda bilər. Bununla bağlı dəqiq tarix açıqlanmayıb.
Nəşr qeyd edib ki, atom aviadaşıyıcısının regionu tərk etməsi ABŞ-ın Yaxın Şərqdəki hərbi gücünü əhəmiyyətli dərəcədə zəiflədəcək. ABŞ və İran arasındakı danışıqlarda yaranmış durğunluq fonunda bunun necə nəticələnəcəyini isə zaman göstərəcək.
O da qeyd edilib ki, gəmidə 10 aya yaxındır 4500-ə yaxın dənizçi xidmət edir. İndiyə qədər təyyarədaşıyan gəmi dənizdə 309 gün keçirib. Bu da ABŞ Hərbi Dəniz Qüvvələrinin müasir gəmiləri üçün rekord müddətdir.
Martın 12-də aviadaşıyıcının arxa hissəsində baş verən yanğın bir sutkadan çox davam edib və gəminin sistemlərinə ciddi ziyan vurub. Buna görə də onun yalnız təmir bazasında bərpasının mümkün olduğuna qərar verilib.
Qeyd edək ki, "USS Gerald R. Ford" dünyanın ən böyük hərbi gəmisidir.
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı


















.jpg)

.jpg)















.jpg)