ABŞ
ABŞ səfirliklərinə görün hansı göstəriş verildi
ABŞ hakimiyyəti digər dövlətlərə Hörmüz boğazından naviqasiya azadlığına zəmanət vermək məqsədi daşıyan yeni beynəlxalq koalisiyanın tərkibinə daxil olmaq barədə təklif göndərib.
Publika.az xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb.
Məlumata görə, Dövlət Departamenti ABŞ-ın xaricdəki diplomatik nümayəndəliklərinə dəniz gəmiçiliyi sahəsindəki yeni təşəbbüs haqqında materiallar göndərib. Diplomatlara xarici ölkələrin hökumətlərini onu dəstəkləməyə inandırmaq tapşırılıb.
Nəşrin yazdığına görə, koalisiya iştirakçılar arasında kəşfiyyat məlumatlarının mübadiləsinə, diplomatik fəaliyyətlərin koordinasiyasına və sanksiya rejiminin icrasına nəzarət edilməsinə kömək etmək məqsədi daşıyır.
Xatırladaq ki, martın ortalarında ABŞ Prezidenti Donald Tramp anoloji çağırışla çıxış etmişdi. O, bu strateji su yolu vasitəsilə həyata keçirilən neft tədarükündən asılı olan dövlətlərin ticarət gəmilərinin maneəsiz keçidinə kömək etməyə borclu olduqlarını bildirmişdi. Tramp xüsusən Böyük Britaniya, Çin, Cənubi Koreya, Fransa və Yaponiyadan dəstək gözlədiyini ifadə etmişdi. Lakin Vaşinqtonun ilkin təşəbbüsü lazımi dəstək almamışdı.
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı


















.jpg)

.jpg)















.jpg)