ABŞ
Tbilisidə göydələn, Qazaxıstanda mədən - Tramp ailəsinin yeni xəritəsi
ABŞ Prezidenti Donald Trampın oğulları Erik və kiçik Donald Qazaxıstanda volfram hasil edən şirkətin ortaq sahibləri olublar.
Publika.az xəbər verir ki, bu barədə "Financial Times" mənbələrə istinad məlumat yayıb.
Nəşrin məlumatına görə, 2025-ci ilin avqustunda Trampın oğulları "Skyline Builders" tikinti qrupundan pay alıblar. Bu qrup bir sıra əməliyyatlardan sonra "Kaz Resources" şirkətinin 20%-lik səhminə sahib olub. Daha sonra müəssisə və Qazaxıstandakı layihələri idarə edən "Cove Kaz Capital" "Skyline" ilə birləşib.
"Kaz Resources" brendi altında fəaliyyət göstərən ortaq şirkət öz səhmlərini "Nasdaq" birjasında yerləşdirməyi planlaşdırır.
Məlumata əsasən, ötən il ABŞ-ın Eksport-İmport Bankı və Amerikanın Maliyyə İnkişafı Korporasiyası Qazaxıstanda volfram hasilatı layihələrinə 1,6 milyard dollar vəsaitin ayrılmasını təsdiq edib. "Cove Kaz Capital" bu layihələrdə nəzarət səhm paketinə sahib olub.
Aprelin 19-da verilən məlumata görə, Trampın "Trump Organization" şirkəti Tbilisidə Gürcüstan paytaxtının ən hündür binası olacaq göydələn ucaltmağı planlaşdırır.
Hüseyn İbadlı
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı


















.jpg)

.jpg)















.jpg)