ABŞ
ABŞ-da benzin sürətlə bahalaşır
ABŞ-da benzinin orta qiyməti bir qallon üçün 4,23 dollara çatıb, Kaliforniyada isə bu rəqəm 6 dollara yaxınlaşıb.
Publika.az xəbər verir ki, bu barədə "NBC News" telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, İran ətrafındakı münaqişənin başlanğıcından bəri yanacağın qiymətində təxminən 40 faiz artım müşahidə olunub. Əsas faktor kimi Hörmüz boğazı vasitəsilə gəmilərin hərəkətinə qoyulan məhdudiyyətlər göstərilir.
"NBC News"un rəyinə müraciət etdiyi ekspertlər qiymətlərin daha da bahalaşacağını proqnozlaşdırırlar. Yaxın perspektivdə orta qiymətin bir qallon üçün 4,5 dollara qədər yüksələ biləcəyi gözlənilir.
Qeyd olunub ki, fevralın 28-də hərbi əməliyyatlar başladıqdan sonra İran bir sıra gəmilər üçün Hörmüz boğazından keçidi məhdudlaşdırıb. Daha sonra, martın 25-də İranın xarici işlər naziri Abbas Araqçı Tehranın dost hesab etdiyi dövlətlər üçün tranzitin bərpa olunduğunu bildirib.
Yanacaq qiymətlərindəki dalğalanmalar artıq ABŞ-ın daxili bazarına təsir göstərir, nəqliyyat xərclərini və logistika qiymətlərini artırır.
Hüseyn İbadlı
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR




















.jpg)

.jpg)














.jpg)