ABŞ
Güllədən qorxmayan prezident görün nədən qorxur - Tramp hər kəsi şoka saldı
ABŞ prezidenti Donald Tramp həyatına olan çoxsaylı sui-qəsd cəhdlərinə baxmayaraq, zirehli jilet geyinməkdən imtina edib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Amerika lideri bu qərarını gözlənilməz bir səbəblə - xarici görünüşü ilə əlaqələndirib.
Tramp jurnalistlərin "mühafizə məqsədilə zirehli jilet geyinməyi düşünürsünüzmü?" sualına belə cavab verib: "Əgər olduğumdan 20 funt (təxminən 9 kiloqram) daha ağır görünsəm, buna dözə bilərəmmi, bilmirəm".
Qeyd edək ki, prezidentin təhlükəsizliyi ilə bağlı narahatlıqlar son vaxtlar pik həddə çatıb. Aprelin 25-də Vaşinqtonda Ağ Ev müxbirlərinin şam yeməyi zamanı Tramp və birinci xanım Melaniya Trampın olduğu otelin yaxınlığında atəş səsləri eşidilib. Cütlük və yüksək rütbəli rəsmilər təcili təxliyə edilib. Hadisəni törədən 31 yaşlı müəllim Koul Tomas Allen saxlanılıb.
Xatırladaq ki, 2024-cü ilin iyulunda mitinq zamanı Trampa qarşı ilk sui-qəsd cəhdi (atəş açan 20 yaşlı Mettyu Kruks olub), sentyabrda isə qolf klubunun yaxınlığında ikinci sui-qəsd cəhdi qeydə alınmışdı. Görünən odur ki, Tramp üçün stil və imic həyati təhlükədən daha önəmlidir.
Müəllif: Adəm
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR




















.jpg)

.jpg)














.jpg)