ABŞ
Milyarderlər Mamdaniyə qarşı birləşdilər
Nyu-Yorkun ən varlı sakinləri yeni daşınmaz əmlak vergisi təşəbbüsündən sonra şəhərin meri Zohran Mamdaniyə qarşı çıxıblar.
Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi bildirib. Məlumata görə, aprel ayında Nyu-York ştatının qubernatoru Keti Hokul və şəhərin meri Zohran Mamdani dəyəri 5 milyon dollardan yuxarı olan ikinci mənzillərə yeni vergi tətbiq etməyi təklif ediblər.
Təşəbbüs elit daşınmaz əmlakın super varlı sahiblərinə yönəlib. Tədbirin məqsədi şəhər büdcəsini artırmaq və sosial bərabərsizliklə mübarizə aparmaqdır. Bu ideya ştatın ən varlı şəxslərinin və ABŞ Prezidenti Donald Trampın tənqidinə məruz qalıb.
Nyu-Yorkda ikinci mənzillərə vergi tətbiqini elan edən Mamdaninin mətbuata açıqlamasında Midtaundakı 238 milyon dollar dəyərində olan penthaus qeyd olunub. Həmin penthausu əvvəlcə Ken Qriffitin aldığı bildirilsə də, sonradan məlum olub ki, daşınmaz əmlakı "Citadel LLC"nin təsisçisi Ken Qriffin əldə edib və merin açıqlamasında səhvə yol verilib. Bir müddət sonra Nyu-York meri həmin penthausun qarşısında video çəkərək alıcını adı ilə çağırıb.
Merin bu açıqlaması Uoll-Stritdəki şirkət rəhbərlərini və şəhərin ən varlı sakinlərini onun əleyhinə birləşdirib. Hətta demokratlara rəğbət bəsləyən milyarderlər də onun siyasətinə şübhə ilə yanaşıblar. İş adamlarının sözlərinə görə, onları verginin özü yox, Mamdaninin onlardan birinə qarşı şəxsi hücumları qəzəbləndirib.
"Bloomberg" qeyd edir ki, yeni vergi milyard dollarlıq kəsirlə üzləşən şəhər büdcəsini 500 milyon dollar artırmaq məqsədi daşıyır. Mamdani, həmçinin pulsuz avtobuslar və uşaqların məktəbəqədər təhsillə təmin edilməsi kimi sosial proqramların genişləndirilməsini maliyyələşdirmək üçün ən varlı şəxslərə və böyük korporasiyalara əlavə vergilərin tətbiqinin tərəfdarıdır. (Oxu.az)
-
Dünya11:40Hamı buna hazırlaşır: İki il sonra üçün bütün otellər tutulub - Nə baş verəcək?
-
Avropa11:07İyun istiləri Britaniya iqtisadiyyatına neçəyə başa gəlib? - Ağır günlər irəlidədir
-
Rəsmi xronika10:53İlham Əliyev özbəkistanlı həmkarına zəng etdi
-
Dünya10:09Yunanıstanın Türkiyəyə qarşı 3,5 milyardlıq planı: 2030-cu ildə hazır olacaq
-
MDB09:21Ukrayna Leninqrad vilayətində “Wildberries” anbarını partlatdı - Xəsarət alanlar var
-
Hadisə08:20Şamaxıda zəlzələ oldu
-
İdman06:46Saçlarını autizmli oğlu onu tanısın deyə uzadırmış... - FOTO/VİDEO
-
Magazin106:16Xalq artisti 40 il əvvəl İsa bulağında






































