ABŞ
İran ABŞ-ı HƏDƏLƏDİ - “Hazır olsunlar, qəbiristanlığa çevriləcək”
İranın ali rəhbərinin hərbi müşaviri Möhsün Rezayi Amerika qüvvələri tərəfindən təşkil edilən Hörmüz boğazının dəniz blokadasına kəskin reaksiya verib.
Publika.az xəbər verir ki, o, X sosial şəbəkəsindəki hesabında Vaşinqtonu xəbərdar edib ki, gərginliyi artırmaq üçün istənilən növbəti cəhdlər ABŞ bölmələri üçün fəlakətli nəticələrə səbəb olacaq.
Rezayi yazıb ki, ABŞ dünyada aviadaşıyıcısı olan yeganə pirat dövlətdir. Onun sözlərinə görə, İranın piratlarla mübarizə qabiliyyəti hərbi gəmiləri batırmaq bacarığından heç də geri qalmır. O, həmçinin qeyd edib ki, İsfahanda təyyarə qalıqlarının qaldığı kimi, gəmilərin və qoşunların da qəbiristanlığa çevrilməsinə hazır olmalıdırlar.
Bu təhdidlər boğazın blokadasını çox gəlirli bir iş kimi xarakterizə edən və Amerika donanmasının hərəkətlərini faktiki olaraq dəniz quldurluğuna bərabər tutan Donald Trampın son bəyanatlarına cavab olaraq səslənib.
Ölkələr arasındakı gərginlik aprel ayında ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı Oman körfəzi bölgəsində İranın "Touska" gəmisini ələ keçirdikdən sonra kəskin şəkildə artıb. Tehran bu aktı birbaşa hücum və mövcud razılaşmaların pozulması kimi qiymətləndirib.
Dövlətlər arasındakı münaqişə fevralın 28-də ABŞ və İsrailin İran obyektlərinə bir sıra hava zərbələri endirməsi ilə alovlanıb. Bu təcavüz nəticəsində 3 mindən çox insan həlak olub. Aprelin 8-də tərəflərin iki həftəlik müvəqqəti atəşkəs elan etməsinə baxmayaraq, sonradan İslamabadda əldə edilən razılaşma cəhdləri nəticə verməyib. Danışıqların uğursuzluğa düçar olmasından sonra Vaşinqton İran limanlarının dəniz blokadasına başlayıb ki, bu da hazırda vasitəçilərin yeni dialoq təşkil etmək cəhdlərində əsas maneə olaraq qalır.
Hüseyn İbadlı
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR



















.jpg)

.jpg)














.jpg)