ABŞ
Sərçə sayəsində milyonçu oldu
ABŞ-ın Ohayo ştatında bir kişi quşu xoş əlamət hesab edərək lotereyada 879 min dollar qazanıb.
Publika.az xəbər verir ki, bu barədə “People” nəşri məlumat yayıb.
Bəxti gətirən şəxs danışıb ki, günlərin bir günü avtomobilində nahar edərkən qəfildən içəri bir sərçə daxil olub və sərnişin oturacağının qarşısındakı döşəməyə qonub. Kişiyə elə gəlib ki, quş ona uğur vəd edir və növbəti həftə o, üç lotereya bileti alıb.
Birinci bilet ona heç nə qazandırmayıb. İkinci biletdə isə kişi 120 min dollar məbləğində uduş barədə məlumat görüb. O, dərhal həyat yoldaşına zəng edərək nəhayət varlandıqlarını xəbər verib.
Artıq evdə həyat yoldaşı uğurlu bileti araşdırıb və məlum olub ki, əslində kişi 20 il ərzində hər ay 10 min dollar ödəniş qazanıb. Ümumilikdə o, 2,4 milyon dollar əldə edə bilərdi. Lakin kişi uduşu birdəfəlik ödəniş şəklində almağı üstün tutub.
Cütlük hələlik mükafat pulunu necə xərcləyəcəklərinə qərar verməyib. Onlar maliyyə məsləhətçisinə müraciət etməyi planlaşdırırlar.
Hüseyn İbadlı
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR



















.jpg)

.jpg)














.jpg)