ABŞ
Tramp İranın son təklifini RƏDD ETDİ
Amerika Prezidenti Donald Tramp İranın münaqişənin nizamlanması ilə bağlı təklifini nəzərdən keçirdiyini və bunu özü üçün qəbulolunmaz hesab etdiyini bildirib.
Publika.az xəbər verir ki, Ağ Ev rəhbəri öz mövqeyini “Kan” teleradio şirkətinə verdiyi müsahibədə bəyan edib.
İsrail və ABŞ ilə İran və Livanın Hizbullah hərəkatı arasındakı münaqişənin kəskinləşməsi fevralın 28-dən bəri davam edirdi. İran dəfələrlə İsrailə, eləcə də Yaxın Şərqin bir çox ölkələrinə, o cümlədən Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Oman və Səudiyyə Ərəbistanına hücumlar təşkil edib. İran hakimiyyəti bu hücumların hədəfinin Amerika hərbi bazaları olduğunu iddia edib. Onlar həmçinin Türkiyənin hücuma məruz qalması faktını təkzib ediblər. Yaxın Şərq dövlətləri İranın hərəkətlərini tənqid edib. Xüsusilə Birləşmiş Ərəb Əmirlikləri ölkədəki səfirliyini bağlayaraq səfirini geri çağırıb, Səudiyyə Ərəbistanı isə İrana cavab zərbələri ilə hədə-qorxu gəlib.
Gərginlikdən qısa müddət sonra İran Hörmüz boğazını faktiki olaraq bağlayıb ki, bu da enerji resurslarının qiymətinin sürətlə artmasına səbəb olub. Ölkənin ali rəhbəri dövlət teleradio şirkəti tərəfindən yayılan bəyanatında bildirib ki, İran blokada imkanından təzyiq rıçaqı kimi istifadə etməlidir.
Aprelin 7-də atəşkəs əldə olunub və sonradan bu müddət uzadılıb. Pakistanda danışıqlar aparılıb. Birinci raunddan sonra ikinci mərhələnin keçiriləcəyi ehtimal olunsa da, bu görüş dəfələrlə təxirə salınıb.
Hüseyn İbadlı
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR



















.jpg)

.jpg)














.jpg)