ABŞ
Sərnişin təyyarəsi işıq dirəyinə çırpıldı - Sonra çörək maşınının...
Amerika Birləşmiş Ştatlarının “United Airlines” aviaşirkətinə məxsus təyyarə Nyu-Cersi ştatındakı Nyuark Liberti hava limanına eniş edərkən magistral yoldakı işıq dirəyinə çırpılıb.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya İdarəsi məlumat yayıb.
Qurumun açıqlamasında bildirilir ki, “United Airlines” aviaşirkətinin 169 saylı reysi Nyuark Liberti beynəlxalq hava limanına enərkən Nyu-Cersi şosesindəki işıq dirəyinə dəyib.
Vurğulnıb ki, İtaliyanın Venesiya şəhərindən gələn “Boeing 767” tipli təyyarə hadisəyə baxmayaraq uğurla eniş edib. Həmçinin qeyd olunub ki, baş vermiş hadisə ilə bağlı araşdırma aparılacaq.
“BNO News” portalının məlumatına görə, hava gəmisinin təkərlərindən biri magistral yolda hərəkət edən çörəkbişirmə sexinə məxsus yük maşınına toxunaraq sürücü tərəfdəki şüşəni sındırıb. Aviaşirkət nümayəndələri sərnişinlər və ekipaj üzvləri arasında xəsarət alan olmadığını bildiriblər.
Hüseyn İbadlı
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR



















.jpg)

.jpg)














.jpg)