ABŞ
Tramp NATO-nun sirrini açdı: Onlar Ukrayna üçün...
ABŞ prezidenti Donald Tramp Şimali Atlantika Alyansını (NATO) və Avropa ölkələrini hədəf alan növbəti səs-küy doğuracaq bəyanatlarla çıxış edib.
Publika.az xəbər verir ki, tanınmış radio aparıcısı Hyu Hyuittə müsahibə verən Tramp, NATO-nun fəaliyyəti və Ukrayna ilə bağlı gizli məqamlara toxunub.
Trampın sözlərinə görə, NATO-ya üzv ölkələr öz ehtiyacları üçün silah alırlar, lakin bu silahların son ünvanı fərqlidir: "Onlar, çox güman ki, sonradan həmin silahları Ukraynaya ötürürlər. Ukrayna isə onlardan kifayət qədər səmərəli istifadə edir".
Ağ Ev rəhbəri ABŞ-ın illərdir NATO-nu təkbaşına maliyyələşdirdiyini xatırladaraq, ittifaqı kəskin tənqid edib: “Əvvəllər ABŞ NATO üçün trilyonlarla dollar xərcləyirdi və faktiki olaraq alyansın bütün xərclərini biz ödəyirdik. İndi isə Avropa ölkələri daha çox pul xərcləməyə başlayıblar, çünki onlarda artıq pul var”.
Tramp, həmçinin Avropa müttəfiqlərinin ABŞ-a olan "vəfasızlığından" da gileylənib. O bildirib ki, xüsusilə İranla olan gərginlik zamanı Avropa ölkələri Vaşinqtonun yanında yer almayıblar: “Bizə NATO lazım olanda, onlar bizi dəstəkləmədilər”.
Müəllif: Adəm
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 28 Oktyabr 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı





















.jpg)

.jpg)














.jpg)