ABŞ
Trampa çağırış edildi: İran xalqına silah paylayaq, küçələrə çıxsınlar
ABŞ-da respublikaçı senator Lindsi Qrem İranla bağlı qalmaqallı təkliflə çıxış edib.
Publika.az xəbər verir ki, "Fox News" telekanalına müsahibə verən senator, Ağ Evi İran xalqını kütləvi şəkildə silahlandırmağa çağırıb.
Qrem bildirib ki, İran daxilindəki hadisələrin gedişatını dəyişmək üçün xalqın əlinə silah verilməlidir.
Onun fikrincə, bu addım insanların küçələrə daha hazırlıqlı çıxmasına və mövcud rejimi devirməsinə kömək edə bilər: "ABŞ əsgərlərinin İran torpağına ayaq basmasına ehtiyac yoxdur. Bizim orada artıq milyonlarla "əsgərimiz" (yerli xalq) var, sadəcə onların silahı çatışmır. Onları təmin etsək, vəziyyət kökündən dəyişər".
Xatırladaq ki, ABŞ-ın seçilmiş prezidenti Donald Tramp da bu yaxınlarda İranla bağlı sərt açıqlama vermişdi.
Tramp qeyd etmişdi ki, Vaşinqton sanksiyaları və təzyiqləri bu gün dayandırsa belə, İranın normal vəziyyətə qayıtması üçün ən azı 20 il vaxt tələb olunacaq.
Müəllif: Adəm
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 28 Oktyabr 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı





















.jpg)

.jpg)














.jpg)