ABŞ
ABŞ-ın ixrac etdiyi neftin həcmi kəskin artdı
ABŞ son doqquz həftə ərzində 250 milyon bareldən çox neft ixrac edib.
Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, sözügedən dövr ərzində ABŞ Səudiyyə Ərəbistanından daha çox neft ixrac edib. Ekspertlərin fikrincə, qeyd olunan ixrac həcmi maksimum həddə yaxındır.
“Bloomberg” yazıb ki, ixrac həcmindəki kəskin artım Yaxın Şərq neftinin dünya bazarına daxil olduğu Hörmüz boğazında gəmilərin hərəkətinə qoyulan məhdudiyyətlərdən qaynaqlanır.
Bundan əvvəl Beynəlxalq Enerji Agentliyi Yaxın Şərqdəki münaqişə fonunda qiymət artımının qarşısını almaq üçün strateji ehtiyatlardan öz tarixindəki ən böyük həcmdə neftin çıxarılmasını təklif edib. Bazara 182 milyon bareldən çox neftin çıxarıla biləcəyi dəqiqləşdirilir.
“Citigroup”un proqnozlarına görə, Hörmüz boğazında hərəkət daha bir ay dayandırılarsa, neftin qiyməti bir barel üçün 110 dollara qədər yüksələ bilər.
Hüseyn İbadlı
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 28 Oktyabr 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı





















.jpg)

.jpg)














.jpg)