ABŞ
Tramp Papadan əl çəkmir: Demədiyi sözə görə ittiham etdi
ABŞ prezidenti Donald Tramp Papa XIV Leoya qarşı yeni hücuma keçərək, pontifiqi "bir çox katolikləri təhlükəyə atmaqda" günahlandırıb.
Publika.az xəbər verir ki, "The Guardian" qəzetinin məlumatına görə, bu açıqlama ABŞ dövlət katibi Marko Rubionun Vatikanda Papa Leo ilə görüşməsindən iki gün əvvəl verilib.
Görüşdə Trampın ABŞ-İsrail müharibəsini pisləmiş Papaya qarşı əvvəlki çıxışından qaynaqlanan gərginliyi azaltmaq cəhdi olub.
Amerika televiziya kanalı “Salem News”da tanınmış mühafizəkar tok-şou aparıcısı Hyu Hevittə danışan Tramp bildirib ki, Papa "İranın nüvə silahına sahib olmasının normal olduğu barədə danışmağa üstünlük verir və mən bunun çox yaxşı bir şey olduğunu düşünmürəm".
ABŞ prezidenti əlavə edib ki, "Düşünürəm ki, o, bir çox katolikləri və bir çox başqa insanları təhlükəyə atır".
“The Guardian” qəzeti yazır ki, XIV Leo heç vaxt İranın nüvə silahına sahib olmalı olduğunu deməyib, lakin o, dəfələrlə bu ölkədəki müharibəyə və sonradan Livanda və bütövlükdə Yaxın Şərqdə münaqişənin kəskinləşməsinə qarşı çıxıb, atəşkəs və dialoq çağırışları edib.
Müəllif: Tural
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 28 Oktyabr 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı





















.jpg)

.jpg)














.jpg)