ABŞ
ABŞ-da edamla bağlı YENİ QƏRAR - Bu üsul tətbiq ediləcək
ABŞ Ədliyyə Nazirliyi edam cəzasının icrası üçün güllələnmə üsuluna rəsmi şəkildə icazə verib.
Publika.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Bildirilir ki, bu qərar Donald Tramp administrasiyasının federal məhkumlar üçün ölüm hökmlərinin icrasını sürətləndirmək planı çərçivəsində qəbul edilib.
Məlumata əsasən, nazirlik həmçinin edam üçün istifadə olunan pentalbarbital preparatının tətbiqini də yenidən bərpa edir. Bu dərman Trampın birinci prezidentlik dövründə 13 edamda istifadə olunmuşdu.
Co Bayden administrasiyası dövründə isə pentalbarbital federal edam protokolundan çıxarılmışdı. Səbəb isə onun məhkumlara həddindən artıq ağrı verə biləcəyi ilə bağlı narahatlıqlar idi. İndi isə Ədliyyə Nazirliyi hər iki üsulu yenidən gündəmə qaytarır.
Qeyd edək ki, 2025-ci ilin avqustunda Donald Tramp ağır cinayətlərə görə Vaşinqtonda (Kolumbiya dairəsi) edam cəzasının tətbiqinin genişləndirilməsini dəstəklədiyini bildirmişdi.
Xatırladaq ki, bu bölgədə edam cəzası 1981-ci ildən ləğv edilib.
Müəllif: Adəm
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 28 Oktyabr 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı





















.jpg)

.jpg)














