ABŞ
ABŞ-da silsilə tornadolar - Xəsarət alanlar var
ABŞ-ın Missisipi ştatına silsilə tornadolar baş verib.
Publika.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Çərşənbə axşamından bəri Missisipidə ən azı 14 tornado qeydə alınıb. Əlverişsiz hava şəraiti səbəbindən minlərlə tikiliyə ziyan dəyib, yıxılan qalıqlar elektrik xətlərini zədələyib və təxminən 19 min insan işıqsız qalıb.
Məlumata görə, ən azı 17 nəfər yaralanıb ki, onlardan da 12-si Linkoln dairəsinin Bouq-Çitto ərazisindəki treyler parkından xəstəxanaya çatdırılıb.
Mayın 3-dən 9-na qədər Missisipidə qasırğalara hazırlıq həftəsi elan edilib. Ştatda qasırğaların əsas mövsümü iyundan başlayır və payızın sonuna qədər davam edir.
Missisipi ABŞ-ın cənub-şərqində tornadoların daha çox baş verdiyi "Diksi Xiyabanı" adlanan bölgəyə daxildir. Ştatda hər il orta hesabla 30-35 tornado qeydə alınır.
Hüseyn İbadlı
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 28 Oktyabr 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı





















.jpg)

.jpg)














