ABŞ
Məhkəmədən Trampa növbəti əngəl - “Səlahiyyət həddini aşıb”
ABŞ-ın Beynəlxalq Ticarət Məhkəməsi prezident Donald Tramp tərəfindən tətbiq edilən qlobal rüsumu qanunsuz hesab edib.
Publika.az xəbər verir ki, bu barədə məhkəmənin qərarında deyilir.
Fevralın 20-də ABŞ Ali Məhkəməsi Trampın tətbiq etdiyi idxal rüsumlarını səlahiyyət həddini aşma kimi qiymətləndirib. Bundan sonra prezident 1974-cü il ticarət haqqında qanuna istinad edərək, bütün ölkələrdən idxal edilən mallara 10 faizlik tarif tətbiq edib.
Beynəlxalq Ticarət Məhkəməsi dövlət başçısının yenidən səlahiyyətlərini aşdığını bəyan edib. Məhkəmədən bildirilib ki, Trampın yeni sxem üzrə də tarif məhdudiyyətləri tətbiq etmək hüququ olmayıb.
Qərardan administrasiya tərəfindən apellyasiya şikayəti verilə bilər və proses Ali Məhkəməyə qədər gedib çıxa bilər. Administrasiyanın qarşılıqlı iddiası icraata qəbul ediləcəyi təqdirdə, 10 faizlik qlobal dərəcənin qüvvədə qalıb-qalmayacağı hələlik məlum deyil.
Hüseyn İbadlı
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 28 Oktyabr 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı





















.jpg)

.jpg)














