ABŞ
ABŞ dünyada nifrət hədəfinə çevrilir: Trampa sarsıdıcı zərbə
Dünyanın ABŞ-a olan inamı və müsbət yanaşması Donald Trampın prezidentliyi dövründə ardıcıl ikinci ildir ki, kəskin şəkildə pisləşməkdə davam edir.
Publika.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə məlumat Danimarkanın "Demokratiyalar Alyansı" Fondunun sifarişi ilə keçirilən illik demokratiya araşdırmasında yer alıb.
Sorğunun nəticələrinə görə, Vaşinqtonun apardığı xarici siyasət, tətbiq edilən ticarət rüsumları, NATO daxilində yaranan gərginlik və Trampın Qrenlandiyanı almaqla bağlı təhdidləri fonunda ABŞ-ın beynəlxalq nüfuzu ciddi şəkildə zədələnib. Respondentlər ABŞ-ı dünya sülhü üçün ən böyük təhlükə yaradan ölkələr siyahısına daxil ediblər. Maraqlıdır ki, araşdırmada ABŞ-a münasibətin hətta bir sıra digər iri dövlətlərdən də pis olduğu vurğulanıb.
"Demokratiyalar Alyansı"nın təsisçisi və NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen mövzu ilə bağlı deyib: "Birləşmiş Ştatların dünyadakı nüfuzunun sürətlə aşağı düşməsi kədərli olsa da, şok effekti yaratmır".
Rəqəmlər isə vəziyyətin nə dərəcədə kritik olduğunu göstərir: -100% ilə +100% arası şkala üzrə ABŞ-ın xalis qavrayış göstəricisi iki il ərzində +22%-dən -16%-ə düşüb. Müqayisə üçün qeyd edək ki, Çində bu göstərici +7% təşkil edir.
Qeyd edək ki, "Nira Data" tərəfindən martın 19-dan aprelin 21-nə qədər keçirilən sorğuda 98 ölkədən 94 mindən çox insan iştirak edib.
Müəllif: Adəm
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 28 Oktyabr 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı





















.jpg)

.jpg)














