ABŞ
Rusiya dəqiq hesablamışdı: ABŞ-ın planı çökdü - Ağ Ev hələ nə baş verdiyini anlamır
ABŞ-ın Yaxın Şərqdəki hərbi avantürası Vaşinqton üçün ağır nəticələrlə yekunlaşa bilər. ABŞ Dəniz Piyadaları Korpusunun sabiq kapitanı Metyu Ho yerli KİV-ə müsahibəsində Rusiyanın bu münaqişədəki hesablamalarının tam dəqiq çıxdığını bəyan edib.
Publika.az xəbər verir ki, ekspert Moskvanın strategiyasının uğur qazandığını bildirib. Onun sözlərinə görə, Rusiya ABŞ-ın bu müharibəni bir neçə həftədən artıq davam etdirə bilməyəcəyini və İranı təslim olmağa məcbur etmək iqtidarında olmadığını əvvəlcədən proqnozlaşdırıb.
"Hesab edirəm ki, Rusiya vəziyyətdən maksimum yararlandı. Onlara sadəcə diplomatik və siyasi dəstək nümayiş etdirmək kifayət etdi. Nəticədə ruslar neftin bahalaşmasından və bunun gətirdiyi bütün dividendlərdən qazandılar", - deyə M.Ho vurğulayıb.
Ekspertin fikrincə, Vaşinqton hələ də Yaxın Şərq planlarının uğursuzluğunun miqyasını tam dərk etmir. O, amerikalıların əsas zərbəni builki yay mövsümündə hiss edəcəklərini proqnozlaşdırır.
Digər tərəfdən, ABŞ prezidenti Donald Trampın İranla bağlı verdiyi son bəyanatlar da birmənalı qarşılanmayıb. Tramp Tehranın nüvə silahından könüllü imtina etdiyini iddia etsə də, İran tərəfi bunu təkzib edir. İran Xarici İşlər Nazirliyinin rəsmisi Esmail Baqai bildirib ki, rəsmi Tehran ABŞ-ın nizamlama təkliflərinə hələlik heç bir cavab verməyib.
Müəllif: Adəm
-
ABŞ04:44Ovçu qadını maralla səhv salaraq öldürdü
-
Yaxın Şərq03:13Husilərin hücumları fonunda neft kəskin bahalaşdı
-
Avropa02:42"Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib" - Rustem Umerov
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO

































