ABŞ
Daha bir virus yüzlərlə amerikalı turisti cənginə aldı
Aprelin sonunda Floridadan yola düşən "Caribbean Princess" kruiz gəmisində mədə-bağırsaq infeksiyasının kütləvi yayılması qeydə alınıb.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi laboratoriya testlərinə istinadla məlumat yayıb.
Bildirib ki, turistlərin səhhətinin pisləşməsinə yüksək yoluxuculuğa malik norovirus səbəb olub.
Sanitariya idarəsinin rəsmi məlumatına əsasən, səfər zamanı yüzdən çox sərnişində kəskin zəhərlənmə əlamətləri müşahidə edilib ki, bu da istirahət edənlərin ümumi sayının təxminən üç faizini təşkil edir. Bundan əlavə, heyət üzvlərindən on üç nəfər də infeksiyaya yoluxub. Bütün xəstələr virusun klassik simptomlarından əziyyət çəkir, gəminin ümumi istifadə sahələrində isə dezinfeksiya tədbirləri gücləndirilib.
"New York Times" nəşri yazıb ki, gəmi aprelin 28-də Florida ştatının limanını tərk edib və hazırda Dominikan Respublikasının şimal sahillərində hərəkət edir. Laynerin tibbi xidməti infeksiyanın qapalı məkanda daha da yayılmaması üçün xəstələrin ciddi izolyasiyasını həyata keçirir və vəziyyət mütəxəssislərin nəzarəti altındadır.
Hərəkət qrafikinə uyğun olaraq, gəmi yaxın vaxtlarda Baham adalarının paytaxtı Nassau şəhərində planlaşdırılmış dayanacaq etməlidir. Liman rəhbərliyi və yerli sanitariya qurumları gəmiyə yan alma və turistlərlə təmas zamanı yüksək ehtiyat tədbirləri görmək üçün göyərtədəki yoluxma halı barədə artıq məlumatlandırılıb.
Hüseyn İbadlı
-
ABŞ04:44Ovçu qadını maralla səhv salaraq öldürdü
-
Yaxın Şərq03:13Husilərin hücumları fonunda neft kəskin bahalaşdı
-
Avropa02:42"Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib" - Rustem Umerov
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO

































