ABŞ
NATO dağılır? - Ankarada keçiriləcək sammitdə alyansın taleyi həll olunacaq
Türkiyənin "Aydınlık" qəzeti NATO-nun artıq geri dönüşü olmayan nöqtəyə yaxınlaşdığını iddia edən geniş analitik material dərc edib. Məqalədə bildirilir ki, Ukrayna müharibəsinin kəskinləşməsindən sonra Vaşinqtonun “Rusiya təhdidi” şüarı altında alyansı yenidən dirçəltmək cəhdləri uğursuz olub və Atlantik sistemi faktiki olaraq çöküb.
Publika.az xəbər verir ki, məqalə müəllifi, köşə yazarı İsmet Özçelik ABŞ ilə Avropa paytaxtları arasında yaranmış ziddiyyətlərin artıq müvəqqəti deyil, sistemli xarakter daşıdığını vurğulayıb. Onun fikrincə, iyul ayında Ankarada keçiriləcək NATO sammiti alyans daxilindəki böhranın rəsmi şəkildə təsdiqləndiyi toplantıya çevrilə bilər.
Məqalədə qeyd olunur ki, Donald Tramp hələ ilk prezidentlik dövründə NATO üzvlərindən hərbi xərcləri artırmağı tələb edir, bununla da yükü Pentaqonun üzərindən azaltmağa çalışırdı. Hazırda isə ABŞ siyasi dairələrində Vaşinqtonun alyansdakı hərbi iştirakını qismən və ya tam şəkildə azaltması ssenarilərinin açıq müzakirə edildiyi bildirilir.
Nəşr xüsusilə Fransadakı daxili siyasi proseslərə diqqət çəkib. Bildirilir ki, Jan-Lük Melenşon və onun rəhbərlik etdiyi "Tabe olmayan Fransa" partiyası NATO-nun hərbi strukturlarından çıxış məsələsini yenidən seçki gündəminə gətirib. Məqalədə bunun Şarl de Qoll xəttinə dönüş kimi qiymətləndirildiyi vurğulanıb.
“Aydınlık” həmçinin Avropada avroskeptik və anti-NATO meyllərinin gücləndiyini, bir çox siyasi qüvvələrin Avropa İttifaqının daha müstəqil siyasət yürütməsini və Moskva ilə praqmatik dialoqun bərpasını istədiyini yazıb.
Qəzetin qənaətinə görə, iyulun 7-8-də Ankarada keçiriləcək NATO liderlərinin görüşü alyans daxilində dərin etimad böhranı fonunda baş tutacaq. Məqalədə Donald Trampın sammitdə iştirak edib-etməyəcəyi ilə bağlı qeyri-müəyyənliyin də vəziyyəti daha da gərginləşdirdiyi qeyd olunub.
Müəllif: Adəm
-
Cənubi Qafqaz20:32Ermənistanda parlament seçkiləri: səsvermə başa çatdı - Yeniləndi
-
Dünya19:13Bu, hər kəs üçün qlobal kabusa çevriləcək - Hakan Fidan
-
Hadisə18:12Azərbaycanda zəlzələ oldu
-
Sosial17:44Azyaşlının əlillik müavinəti hər il kəsilir - VİDEO
-
Magazin217:06Aleyna Solaker Berkə ərə gedir
-
Digər16:03Əfqanıstanda çadra əvəzinə hicab geyinənlərə qarşı reyd keçirildi
-
Region15:45Revanşist Baqrat da fəallaşdı - Arxiyepiskopdan xalqa çağırış
-
MDB15:14Məşhur çimərlikdən istifadəyə qadağa qoyuldu - Sanitariya problemləri var





































