ABŞ
Tramp məyus olub: Müharibəni yenidən başlatmağa hazırlaşır
ABŞ prezidenti Donald Tramp İranla aparılan danışıqlardan getdikcə daha çox məyus olur və genişmiqyaslı hərbi əməliyyatların bərpasını ciddi şəkildə nəzərdən keçirir.
Publika.az xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, Ağ Evdə İranla nüvə danışıqlarının nəticəsiz qalması və xüsusilə Hörmüz boğazı ətrafındakı gərginliklər Vaşinqtonun mövqeyinə təsir edib.
Mənbələrin sözlərinə görə, Tramp İranın son təkliflərini “qəbuledilməz” və “zəif” adlandırıb və Tehran rəhbərliyinin ciddi danışıqlara hazır olub-olmamasına şübhə ilə yanaşır.
Eyni zamanda, ABŞ administrasiyası daxilində fərqli yanaşmalar mövcuddur. Pentaqon İranı danışıqlara məcbur etmək üçün daha sərt hərbi addımların tərəfdarıdır və yeni zərbələrin Tehranın mövqeyini zəiflədə biləcəyini düşünür. Digər rəsmi şəxslər isə diplomatiyanın davam etdirilməsinin vacibliyini vurğulayırlar.
Məlumata görə, Trampın yaxın çevrəsində bəzi şəxslər Pakistan vasitəçiləri ilə aparılan danışıqlarda daha şəffaf yanaşma tələb edir və İran tərəfinin mövqeyi barədə ziddiyyətli məlumatların verildiyini iddia edirlər.
Mayın 11-də Tramp Ağ Evdə milli təhlükəsizlik komandası ilə vəziyyəti yenidən müzakirə edib. Lakin İrana qarşı növbəti addımlarla bağlı qərarın ABŞ prezidentinin Çinə planlaşdırılan səfərindən əvvəl verilməyəcəyi bildirilir.
Müəllif: Publika.az
-
ABŞ04:44Ovçu qadını maralla səhv salaraq öldürdü
-
Yaxın Şərq03:13Husilərin hücumları fonunda neft kəskin bahalaşdı
-
Avropa02:42"Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib" - Rustem Umerov
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO

































