ABŞ
Təyyarədə patron darağı tapıldı, uçuş təxirə salındı
ABŞ-da "Frontier Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin reysi təsadüfən tapılan patron darağına görə təxirə salınıb.
Publika.az xəbər verir ki, bu barədə "Paddle Your Own Kanoo" nəşri məlumat yayıb.
Bildirilib ki, hadisə mayın 10-da, bazar günü Denverdən Finiks Skay-Harbor hava limanına uçmalı olan təyyarədə baş verib. Sərnişinlər salona daxil olduqdan sonra uçuş iştirakçılarından birinin səhhəti pisləşib və bu səbəbdən əraziyə tibbi xidmət əməkdaşları çağırılıb. Müayinə zamanı tibb bacısı təyyarənin döşəməsində odlu silah üçün nəzərdə tutulan patron darağı görüb və bu barədə heyətə məlumat verib.
Hava gəmisi dərhal mühasirəyə alınıb və 240 nəfər uçuş-enmə zolağına çıxarılıb. Daha sonra sərnişinlər təkrar yoxlanış üçün terminala aparılsa da, onların heç birində silah aşkar edilməyib. Lakin "Frontier" əməkdaşlarının iş vaxtı başa çatdığından, aviadaşıyıcı heyəti əvəz edəcək yeni işçilər tapa bilməyib. Nəticədə sərnişinlər Arizona ştatına mayın 11-i səhər saatlarında yola düşməli olublar.
Hüseyn İbadlı
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı



















.jpg)



.jpg)


.jpg)













