ABŞ
Bəy toy günü sağdışını öldürdü
ABŞ-ın Miçiqan ştatında 24 yaşlı Ceyms Şira və Savana Kolliyerin toy mərasimi bir nəfərin ölümü ilə nəticələnib.
Publika.az “Daily Mirror” nəşrinə istinadla xəbər verir ki, toy günü bəy avtomobillə öz sağdışını və yaxın dostu olan 29 yaşlı Terri Teyloru vurub. Zərərçəkmiş hadisə yerində dünyasını dəyişib.
Hadisə 2024-cü il avqustun 30-da Cenesi dairəsində baş verib. Yerli pitseriyada nikah qeydə alındıqdan sonra qonaqlar şəxsi evə yollanıblar. Orada bəy ilə sağdış arasında münaqişə yaranı. Qeyd olunub ki, mübahisəyə səbəb spirtli içki qəbulu olub. Mübahisədən sonra Şira ərazini tərk etsə də, az sonra avtomobillə geri qayıdıb. İstintaqın məlumatına görə, o, Teyloru qəsdən vurub və xəsarətlər ölümcül olub.
İş Cenesi dairə məhkəməsində araşdırılıb. Təqsirləndirilən şəxs iclaslar zamanı baş verənlərə emosional reaksiya verib və həlak olan şəxsin ailəsindən üzr istəyərək peşmanlığını ifadə edib. Müdafiə tərəfi hadisənin bədbəxt hadisə olduğunu və sərxoşluq vəziyyəti ilə əlaqədar baş verdiyini iddia etsə də, hakim Khari Hanibl bu versiyanı rədd edib. O, hadisədə ehtiyatsızlıq əlamətlərinin olmadığını bildirərək baş verənləri qəsdən törədilmiş cinayət kimi qiymətləndirib.
2026-cı ilin aprelində Ceyms Şira bir neçə maddə, o cümlədən ehtiyatsızlıqdan adam öldürmə, sürücülük vəsiqəsi olmadan avtomobil idarə etmə və qəza yerini tərk etmə üzrə təqsirini boynuna alıb. Onun gəlini də iş üzrə ortaq müqəssir kimi tanınır və hazırda ayrıca məhkəmə qərarını gözləyir.
Hüseyn İbadlı
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
















.jpg)





.jpg)


.jpg)













