ABŞ
Trampın yeni planı: ABŞ Rusiyanı Çindən ayırmağa çalışır
ABŞ prezidenti Donald Tramp administrasiyası Rusiya ilə münasibətləri yumşaltmaq üçün yeni addımlar üzərində işləyir.
Publika.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı yazıb.
Ağ Ev hesab edir ki, Moskva ilə yaxınlaşma Vaşinqtona qlobal güc balansını dəyişmək və Çinin təsir imkanlarını zəiflətmək üçün əlavə üstünlüklər qazandıra bilər.
Amerika rəsmilərinin fikrincə, hazırda ABŞ və onun müttəfiqləri üçün əsas təhlükə Rusiya deyil, məhz Çindir. Bununla belə, beynəlxalq ekspertlər Kremlin Vaşinqtonla strateji yaxınlaşmaya gedəcəyinə inanmırlar.
Tramp daha əvvəl ABŞ və Çini dünyanın iki əsas supergücü adlandırmışdı. O bildirmişdi ki, ABŞ ordusu hələ də dünyanın ən güclü ordusudur, Çin isə hərbi gücə görə ikinci yerdə qərarlaşıb.
Məlumata görə, Tramp gələn həftə Beijingə səfər edəcək və Çin lideri Si Cinpinlə görüşəcək.
Bu fonda Rusiya da Vladimir Putinin Çinə səfərinə hazırlaşır. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Putinlə Si Cinpin arasında keçiriləcək görüş xüsusi əhəmiyyət daşıyır və geniş gündəliyə malik olacaq.
Müəllif: Adəm
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
















.jpg)





.jpg)


.jpg)













