ABŞ
Çində səfərdə olan Trampın Ağ Evdəki masasında vida məktubu tapıldı: Ölüm olarsa...
ABŞ prezidenti Donald Trampin mümkün ölüm halı üçün vitse-prezident Cey Di Vensə ünvanlanmış gizli vida məktubu hazırladığı iddia olunub.
Publika.az xəbər verir ki, bu barədə “New York Post”a müsahibəsində prezidentin köməkçi müavini Sebastyan Qorka məlumat verib.
Onun sözlərinə görə, “Rezulut” adlı iş masasının siyirməsində Trampın vitse-prezidentə ünvanlanmış məktubu saxlanılır.
Qorka bildirib ki, Ağ Evdə prezidentə qarşı xarici güclər tərəfindən real təhlükə ehtimalı ilə bağlı ciddi narahatlıq yoxdur.
Məlumata görə, son iki il ərzində Trampa qarşı üç ayrı sui-qəsd cəhdi qeydə alınıb. İlk və ən səs-küylü hadisə 2024-cü il iyulun 13-də Pensilvaniya ştatının Batler şəhərində keçirilən seçki mitinqi zamanı baş verib. 20 yaşlı Tomas Metyu Kruks yaxınlıqdakı damdan atəş açıb, güllə Trampın qulağını yüngülcə zədələyib. Hadisə zamanı bir nəfər həlak olub.
İkinci hadisə 2024-cü il sentyabrın 15-də Florida ştatında Trampın qolf klubunda baş verib. Gizli Xidmət silahlı şəxsi kolluqda aşkarlayaraq saxlayıb. Federal Təhqiqat Bürosu (FBI) hadisəni sui-qəsd cəhdi kimi qiymətləndirib.
Üçüncü insident isə Trampın 2025-ci ildə yenidən Ağ Evə qayıdışından sonra qeydə alınıb.
Bütün bu hadisələrə baxmayaraq, prezident administrasiyası vəziyyətin nəzarət altında olduğunu bildirir. Məktubun məzmunu isə açıqlanmır və onun hansı hallarda istifadə ediləcəyi barədə rəsmi məlumat verilmir.
Müəllif: Adəm
-
İdman22:24Nurlan Paşayev vətənə qızıl medalla dönür - FOTO
-
Cənubi Qafqaz22:12Keçmiş səhiyyə naziri avtomobilində ÖLÜ TAPILDI
-
Magazin121:12Xalq artisti qızı ilə obyektiv qarşısına keçdi - FOTO
-
Sosial21:00Bu ərazilərdə qaz kəsiləcək - Xəbərdarlıq
-
İdman18:36ABŞ-da qəribə bir qaynar dəlik peyda oldu
-
Nida Xəbər 17:41Türkiyə və Azərbaycan UNESKO-ya birgə müraciət təqdim etdilər
-
Sosial16:44Bakının məşhur bazarında gərginlik - VİDEO
-
Avropa16:12Fransada paraşüt təlimi zamanı 11 nəfər öldü












.jpg)
.webp)




















