ABŞ
ABŞ-ın Tayvanla bağlı mövqeyi dəyişib? - Rubiodan AÇIQLAMA
ABŞ Prezidenti Donald Tramp və Çin sədri Si Cinpinin görüşündən sonra Vaşinqton Tayvan məsələsi ilə bağlı mövqeyini dəyişməyib.
Publika.az xəbər verir ki, bu barədə dövlət katibi Marko Rubio "NBC News" telekanalına müsahibəsində bildirib.
Rubio əlavə edib ki, bu mövqe bir çox prezident administrasiyaları dövründə kifayət qədər ardıcıl olub və hazırda da dəyişməz qalır.
Onun sözlərinə görə, Pekin danışıqlar zamanı bu məsələni qaldırsa da, mövzu ön planda olmayıb. Həmçinin Rubio Tayvanın Çin tərəfindən məruz qaldığı artan hərbi təzyiqi tənqid edib.
Bundan əvvəl Çin Xalq Respublikasının sədri Si Cinpin Birləşmiş Ştatlar Prezidenti Donald Trampa Tayvanın statusuna qarşı ehtiyatlı yanaşmağın zəruriliyini bildirmişdi. Çin lideri əlavə etmişdi ki, Tayvanın müstəqilliyinə can atmaqla regionda sülh bir-birini istisna edən amillərdir. O vurğulayıb ki, Tayvan boğazında sabitliyin qorunması Pekin və Vaşinqton arasındakı münasibətlər üçün ən mühüm faktordur.
Hüseyn İbadlı
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı












.jpg)









.jpg)


.jpg)













