ABŞ
Məşhur yazıçı Trampı lağa qoydu: Onun intellektual səviyyəsi...
Dünyanın ən məşhur qorxu və dəhşət romanlarının müəllifi Stiven Kinq ABŞ prezidenti Donald Trampı hədəf alan növbəti qalmaqallı addımı ilə gündəmə gəlib.
Publika.az xəbər verir ki, yazıçı rəsmi "X" hesabında süni intellekt vasitəsilə hazırlanmış və Donald Trampı ələ salan foto paylaşıb. Sözügedən fotoda ABŞ dövlət başçısı hərbi formada təsvir edilib.
Məşhur roman yazarı bu kollaja qısa, lakin olduqca ironik bir şərh əlavə edib. O, dünya ədəbiyyatının incilərindən sayılan Erix Mariya Remarkın məşhur "Qərb cəbhəsində dəyişiklik yoxdur" əsərinin adını Trampın ünvanına uyğunlaşdıraraq dəyişib.
Kinq paylaşımına "Alın payında dəyişiklik yoxdur" ("In the frontal lobe no change") sözlərini yazaraq Ağ Ev rəhbərinin intellektual səviyyəsinə eyham vurub.
Qeyd edək ki, Donald Trampa qarşı kəskin nifrəti ilə tanınan Stiven Kinq onun ABŞ-da ən aktiv əleyhdarlarından biri hesab olunur. Yazıçı daha əvvəl verdiyi bəyanatlarda da Trampın prezidentliyini və fəaliyyətini real "qorxu hekayəsi" adlandırıb.
Müəllif: Adəm
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı












.jpg)









.jpg)


.jpg)













