ABŞ
Maduro belə şəraitdə saxlanılır: Bu dili öyrənir, kitab oxuyur - Oğlu danışdı
Venesuelanın sabiq prezidenti Nikolas Maduronun ABŞ-da saxlanıldığı həbsxanadakı həyatı ilə bağlı diqqətçəkən detallar ortaya çıxıb.
Publika.az xəbər verir ki, bu barədə onun oğlu Nikolas Maduro Querra Almaniyanın “Der Spiegel” nəşrinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, 2026-cı ilin yanvarında ABŞ-a aparılan Maduro əvvəlcə tək kamerada saxlanılsa da, Pasxa bayramından əvvəl 18 nəfərlik ümumi kameraya köçürülüb. Bildirilib ki, sabiq prezident həbsxanada ünsiyyət problemi yaşamır. Belə ki, kameradakı məhbusların yarısı ispan dilində danışır.
Maduronun hər gün ailəsi ilə telefon əlaqəsi saxlamaq imkanı da var.
“Atam ümumi kameraya keçiriləndən sonra demək olar ki, hər axşam saat yeddidə evə zəng edir”, - deyə oğlu bildirib.
Müsahibədə qeyd olunub ki, Maduro vaxtını əsasən televizora baxmaq, ingilis dili öyrənmək və kitab oxumaqla keçirir. O, xüsusilə "Bibliya" oxuyur, həmçinin “Amazon” vasitəsilə göndərilən Venesuela Konstitusiyası, Simon Bolivar haqqında əsərlər, metafizika kitabları, eləcə də Şekspir və Esxilin əsərlərinə maraq göstərir.
Maduronun ailəsini ən çox narahat edən məsələ isə onun qidalanmasıdır.
“O, həmişə sağlam qidalanmağa üstünlük verirdi. Çox tərəvəz yeyirdi, şəkərdən uzaq dururdu. İndi isə əsasən karbohidratlar, emal olunmuş məhsullar və duzlu yeməklər qəbul edir”, - deyə Maduro Querra vurğulayıb.
Oğlunun sözlərinə görə, saxlanılma zamanı amerikalı hərbçilər Maduronun dizini zədələyiblər. Hazırda ağrıların nisbətən azaldığı qeyd olunub.
Xatırladaq ki, 2026-cı ilin yanvarında ABŞ Venesuelada xüsusi hərbi əməliyyat keçirib. Cəmi 2 saat 20 dəqiqə davam edən əməliyyat zamanı Maduro və həyat yoldaşı Siliya Flores “Delta Force” xüsusi təyinatlıları tərəfindən saxlanılaraq ABŞ-a aparılıb. Onlara “narkoterrorizm”, qanunsuz silah saxlama və narkotik qaçaqmalçılığı ittihamları irəli sürülüb.
Müəllif: Adəm
-
MDB14:07Bu türk dövlətində məmurlara işə pencəksiz gəlməyi əmr etdilər - Səbəb nədir?
-
ABŞ13:00Maduro belə şəraitdə saxlanılır: Bu dili öyrənir, kitab oxuyur - Oğlu danışdı
-
Rəsmi xronika12:48İlham Əliyev Qazaxıstana getdi - Foto
-
Sosial12:45Yağış yağacaq - PROQNOZ
-
Dünya12:18Tramp Çində paylaşımlar edə bilmədi: Onun telefonunu əlindən niyə alıblar?
-
Sosial10:39Bazar günündən metro yeni qrafikdə işləyəcək
-
Sosial09:54Etibarnamə ilə maşın sürənlərin nəzərinə - Gələn aydan...
-
Dünya09:36ABŞ İrana qaçan agentin başına bu qədər mükafat təyin etdi


































.jpg)



