ABŞ
Tramp Çin liderinin “ABŞ tənəzzüldədir” fikri ilə razılaşdı: Baydeni hədəf aldı
ABŞ prezidenti Donald Tramp Çin lideri Si Cinpinin Birləşmiş Ştatların tənəzzüldə olması fikirləri ilə razılaşıb və buna görə keçmiş prezident Co Baydeni günahlandırıb.
Publika.az xəbər verir ki, bu barədə “The Hill” qəzeti Trampın sosial şəbəkədəki paylaşımına istinadən məlumat yayıb.
Tramp bildirib ki, Si Cinpin ABŞ-ı “tənəzzüldə olan ölkə” adlandırarkən məhz Bayden administrasiyasının vurduğu ziyanı nəzərdə tutub.
“Prezident Si Cinpin ABŞ-ı nəzakətli şəkildə, bəlkə də, tənəzzüldə olan ölkə adlandıranda o, yuxulu Co Bayden və onun administrasiyasının dörd ildə vurduğu böyük zərəri nəzərdə tuturdu. Bu baxımdan o, 100 faiz haqlı idi”, - deyə Tramp yazıb.
Məlumata görə, Tramp Si Cinpinin konkret hansı açıqlamasını nəzərdə tutduğunu göstərməyib. Bununla belə, paylaşım Çin liderinin ABŞ və Çin arasında keçirilən ikitərəfli görüşdə “Fukidid tələsi” barədə danışmasından sonra edilib. Bu nəzəriyyəyə görə, yüksələn güc mövcud hegemonu sıxışdırmağa başlayanda müharibə riski artır.
Qeyd edək ki, mayın 13-də Donald Trampın Çinə dövlət səfəri baş tutub. Bu, onun 2017-ci ildəki ilk prezidentlik dövründən sonra Pekinə ilk səfəridir.
Səfər çərçivəsində Trampı müşayiət edən nümayəndə heyətində tanınmış amerikalı iş adamları da yer alıb. Heyətdə İlon Mask, Tim Kuk, Censen Huanq, eləcə də "Boeing", "Goldman Sachs", "Citigroup" və "Mastercard" şirkətlərinin top-menecerləri iştirak ediblər.
Müəllif: Adəm
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı












.jpg)









.jpg)


.jpg)













