ABŞ
ABŞ bu ölkəyə qoşun yeridir
ABŞ, Texas ştatındakı Birinci Süvari Diviziyasının bölmələrini Polşaya köçürür.
Publika.az xəbər verir ki, bu barədə Polşa Milli Təhlükəsizlik Bürosunun (BBN) direktoru Bartoş Qrodetski məlumat verib.
Qeyd olunub ki, Polşadakı Amerika qoşunlarının sayındakı mövcud dəyişiklik Texasın Fort-Huda bazasında yerləşən Birinci Süvari Diviziyasının həyata keçirdiyi rotasiya prosesi ilə bağlıdır. Fort-Hudadan Polşaya planlaşdırılan qoşun sayının 20%-dən çoxu, həmçinin hərbi texnikanın təxminən 70%-i göndərilib.
Bir neçə gün əvvəl isə "The Wall Street Journal" (WSJ) qəzeti ABŞ-ın Polşaya zirehli tank briqadasının göndərilməsini qəfildən dayandırmaq qərarına gəldiyini yazmışdı. Nəşr bunu Amerikanın Avropadakı hərbi mövcudluğunu azaltmaq addımlarından biri kimi qiymətləndirmişdi.
Bununla belə, Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bəyan edib ki, amerikalıların bu addımının Varşavaya aidiyyəti yoxdur və bu, sadəcə olaraq ABŞ Silahlı Qüvvələrinin Avropadakı mövcudluğunda əvvəllər elan edilmiş dəyişikliklərlə bağlıdır.
Hüseyn İbadlı
-
Avropa02:42"Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib" - Rustem Umerov
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120 Sentyabr 20:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin120 Sentyabr 19:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
































