ABŞ
Venesuela keçmiş naziri ABŞ-a deportasiya etdi
Venesuela hakimiyyəti ölkənin keçmiş sənaye və milli istehsalat naziri, Kolumbiya vətəndaşı Aleks Naim Saab Moranın ABŞ-a deportasiya edildiyini açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə Venesuelanın informasiya və rabitə naziri Miqel Peres tərəfindən dərc olunan bəyanatda bildirilir.
Sənəddə qeyd olunub ki, bu qərar ölkənin miqrasiya qanunvericiliyinə uyğun olaraq qəbul edilib. Venesuela rəsmiləri Saabın ABŞ ərazisində törədilmiş cinayətlərlə bağlı araşdırmalarda fiqurant olduğunu da diqqətə çatdırıblar.
Həm Kolumbiya, həm də Venesuela vətəndaşlığı olan Aleks Saab diplomatik elçi statusuna malik idi. O, ABŞ sanksiyaları şəraitində Venesuelaya ərzaq və dərman vasitələrinin tədarükü ilə bağlı xarici səfərlərdə iştirak edirdi.
2020-ci ilin iyununda Saab təyyarənin texniki enişi zamanı ABŞ-ın sorğusu əsasında Kabo-Verdedə saxlanılıb. Bir il sonra o, ABŞ-yə ekstradisiya edilib və burada ona Amerika bank sistemi vasitəsilə təxminən 350 milyon dollar mənimsənilmiş vəsaiti yumaq ittihamı irəli sürülüb.
2023-cü ilin dekabrında Saab ABŞ və Venesuela arasında məhbus mübadiləsi çərçivəsində azadlığa buraxılaraq Karakasa qayıdıb. Daha sonra o, sənaye və milli istehsalat naziri vəzifəsinə təyin edilib.
2026-cı ilin yanvarında Aleks Saab hökumətin yenidən təşkili və sənaye ilə ticarət nazirliklərinin birləşdirilməsindən sonra postunu tərk edib. Məmurun vəzifədən azad edilməsi barədə qərarı Venesuelanın vitse-prezidenti Delsi Rodriqes qəbul edib.
Aleks Saabın hekayəsi bir neçə il ərzində Karakas və Vaşinqton arasındakı münasibətlərdə ən çox müzakirə olunan mövzulardan biri olub. Venesuela hakimiyyəti əvvəllər onu diplomatik nümayəndə adlandıraraq ABŞ-ın addımlarını tənqid edirdi, Amerika tərəfi isə Saaba sanksiya məhdudiyyətlərindən yayınma ilə bağlı irimiqyaslı maliyyə sxeminin iştirakçısı kimi baxırdı.
Hüseyn İbadlı
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı




















.jpg)

.jpg)



.jpg)












