ABŞ
Tramp kosmik döyüşçü obrazında - FOTO
ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsindəki hesabında süni intellekt vasitəsilə yaradılmış şəkillər paylaşıb.
Publika.az xəbər verir ki, o, həmin görüntülərdə kosmik döyüşçü obrazında hərbi əməliyyatları idarə edir.
Şəkillərin birində Amerika lideri qırmızı düyməsi olan idarəetmə pultunun arxasında təsvir olunub, onun qarşısındakı ekranlarda isə Kainatın müxtəlif yerlərində baş verən beş partlayış əks olunub.
Digər şəkildə Tramp arxa fonda Yer planetinin göründüyü kosmik stansiyada təsvir edilib. Siyasətçi bu fotoya "Birləşmiş Ştatların Kosmik Qüvvələri" şərhini yazıb.
Üçüncü kadrda isə Tramp və xüsusi agentlər əl-ayağı qandallanmış bir yadplanetlini müşayiət edirlər. Şəklin arxa fonunda dağlarla əhatə olunmuş səhra təsvir edilib. Bu mənzərənin, populyar sui-qəsd nəzəriyyələrinə görə Amerika hərbçilərinin yadplanetliləri saxladığı Nevada ştatındakı "51-ci zona"ya bir işarə olduğu ehtimal edilir.
Hüseyn İbadlı
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı




















.jpg)

.jpg)



.jpg)












